Naxçıvanda yeni təyinatlar olub
    • 16-04-2020, 10:28
    • 1 022

Naxçıvanda yeni təyinatlar olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət nəzarəti məsələləri sektoruna yeni müdir təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə İkram İslam oğlu Əliyev təyin olunub.

V.Talıbovun digər sərəncamı ilə Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib. /report/