-
- 1-04-2019, 16:52
- 1 330
Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayev “Vikipediya”da - FOTO
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında onlarla məqalə yaradılıb, müxtəlif dillərə tərcümə olunub və əsaslı şəkildə redaktə edilib.
News24.az xəbər verir ki, bu haqda MEK-dən AZƏRTAC-a bildirilib ki, türk və ingilis dillərində olan “Vikipediya”larda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Bəylər Ağayev haqqında məqalə yerləşdirilib. Məqalələrdə Milli qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir.
Bildirilir ki, Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o, bölmə komandiri təyin edilir. Qəhrəman döyüşçü Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib. 1992-ci il avqustun 6-da ermənilərin növbəti hücumu zamanı Bəylər yoldaşları ilə mühasirəyə düşür.
Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir:
“Biz Vətən uğrunda ölümə gedirik, ola bilsin, bu döyüş son döyüşümüz olsun”.
Onlar hücuma keçir və erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də, özləri şəhid olurlar.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 dekabr tarixli müvafiq Fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
“Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.
Məqalələrlə daha ətraflı aşağıdakı linklərdə tanış olmaq mümkündür:
https://tr.wikipedia.org/wiki/Baylar_A%C4%9Fayev?
https://en.wikipedia.org/wiki/Beyler_Agayev?fbclid