“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
    • 23-01-2019, 18:37
    • 1 267

“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən bildirilir ki, “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Əsəd Əsədov və Səfa Axundov haqqında ingilis dilində məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.
“Vikipediya”da digər Milli qəhrəmanlarımız haqqında da müxtəlif dillərdə məqalələrin yaradılması nəzərdə tutulub.

//AZƏRTAC