-
- 8-11-2023, 10:36
- 3 411
TƏCİLİ!!! Nazirlikdən zəlzələ zamanı baş verən dağıntılar barədə AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.
News24.az bu barədə FHN-dən məlumat verilib.
Qeyd edilib ki, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.