Xaçmazda "Prius" lokomotivlə toqquşdu - FOTO
Hadisə
Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.
News24.az xəbər verir ki , bu barədə ADY-dən məlumat verilib.
Qeyd olunur ki, hazırda aidiyyəti üzrə araşdırma aparılır.
Bundan əlavə, ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır. (Unikal)