"Bu ölkələr qəsdən hakimiyyəti sarsıtmağa çalışırlar" - PUTİN
    • 8-11-2023, 11:14
    • 178

"Bu ölkələr qəsdən hakimiyyəti sarsıtmağa çalışırlar" - PUTİN

"Bəzi dövlətlər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində vəziyyəti, legitim hakimiyyəti və ənənələri pozmağa çalışırlar".

News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, Avrasiyada genişmiqyaslı qeyri-sabitlik görünür. 

“Bəzi dövlətlər qəsdən MDB ölkələrində qanuni hakimiyyəti, sabit mühiti və ənənəvi dəyərləri sarsıtmağa çalışırlar. MDB ölkələrində bir sıra təhlükələr qalmaqdadır: terrorizm, cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, ekstremizm. İqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlikdə də risklər var”.

Ayşən