-
- Bu gün, 12:56
- 237
Zümrüd Yağmur axtarışa verildi
Hüquq müdafiəçisi, yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində axtarış elan edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Abşeron Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, yazarın bacısı Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin onun ölkəni tərk etdiyi məlum olub.
S.Ağayeva Zümrüd Yağmurun Ankarada olduğunu iddia edib.
Qeyd edək ki, Zümrüd Yağmurun qızının şikayətindən sonra onun xalası Sürəyyanın oğlu Əsgər Ağazada zorlama ittihamı ilə həbs edilib və 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sürəyya Ağayeva bacısının internet resurslarında onun şərəf və ləyaqətini alçaltdığını bildirib.
Zümrüd Yağmur daha əvvəl keçmiş əri, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə aralarındakı qalmaqallarla da gündəmə gəlmişdi.