-
- 8-11-2023, 13:07
- 176
Bakı ilə İrəvan arasında sülh bu halda mümkündür - Patruşev
Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi yalnız regiondankənar qüvvələr münaqişəyə müdaxiləni dayandırdıqda mümkündür və hələlik Qərbin addımları vəziyyəti gərginləşdirir.
News24.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MDB Təhlükəsizlik Şurası katiblərinin illik iclasında bildirib.
“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”, - deyə o, əmin edib.
Patruşevin sözlərinə görə, bu məqsədlə Rusiya ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır.
“Praktika göstərir ki, bu, yalnız regiondankənar güclərin müdaxilə etmədiyi halda mümkündür. Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır”, - o vurğulayıb.
Akqabay