İrəvanda eşşək zarafatı - Polis səfərbər oldu - Video
Maraqlı
Səhər saatlarında Ermənistan mediasında İrəvan zooparkından zebranın qaçması barədə məlumat yayılıb. Lakin sonradan hadisənin əsl mahiyyəti aydınlaşıb.
News24.az xəbər verir ki, polis əməkdaşları, zoopark işçiləri və yerli sakinlər “qaçan zebra” hesab edilən heyvanı zooparka qaytarmağa çalışıblar.
Daha sonra İrəvanın vitse-meri Sarkis Madatyan məsələyə aydınlıq gətirərək bildirib ki, sözügedən heyvan zebra deyil, rənglənmiş eşşəkdir.
“Bu gün mediada yayılan məlumat əslində uğursuz bir zarafat idi. Şəxsiyyəti müəyyən edilən bir vətəndaş öz eşşəyini rəngləyərək video çəkmək məqsədilə Miasnikyan prospektinə gətirib. Zooparkda saxlanılan bütün zebralar yerindədir və öz qəfəslərindədir”, – deyə o qeyd edib.
İrəvan zooparkı isə açıqlama yayaraq heyvanların rənglənməsinin təhlükəli olduğunu bildirib. Qurumun məlumatına görə, istifadə olunan boyalarda zəhərli maddələr ola bilər. /Shamshyan.com/