Kadırovun 15 yaşlı oğlundan ŞOK: qızıl tapança ilə... - VİDEO
    • 8-11-2023, 17:38
    • 233

Kadırovun 15 yaşlı oğlundan ŞOK: qızıl tapança ilə... - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu 15 yaşlı Adam Kadırov Kabardin-Balkarın rəhbəri Kazbek Kokovun mükafatlandırma mərasiminə qızıl tapança ilə gəlib. 

News24.az xəbər verir ki, görüntülər Çeçenistan rəhbəri Ramzan Kadırovun Teleqram kanalında yayımlanıb.Yayılan kadrlarda Adam Kadırovun Kokovdan Kabardin-Balkar Respublikasına xidmətlərinə görə orden alması əks olunub. Eyni zamanda onun qarşısında tapança var. Silah üzrə ekspert Aleksandr Kudryaşov Çeçenistan rəhbərinin oğlunun özü ilə Avstriya istehsalı olan “Glock 34” tapançasını götürdüyünü bildirib: “Tanançanın dördbucaqlı boltu var – bir neçə tapançanın dördbucaqlı boltu var, arxa görünüşü də qara rəngdədir, qızılı içərisinə daxil edilib və Boltdakı arxa tıxac da qara rəngdədir”, - deyə o, aydınlıq gətirib.

İclasda iştirak edən Dövlət Dumasının deputatı Adam Delimxanov Kadırovun oğlunu hafiz - müsəlmanların müqəddəs Qurani-Kəriminin mühafizəçisi adlandırıb.

Məlumdur ki, Adam Kadırov altı yaşında, 2013-cü ilin dekabrında hafiz elan edilib. Ramzan Kadırov bildirib ki, bu, onun üçün asan iş deyil, çünki o vaxt o, hələ rus dilində yazıb-oxumağı bilmirdi. O qeyd edib ki, Adam təkcə Çeçenistanda deyil, bütün Rusiyada ən gənc hafiz olub.

Bununla bağlı Delimxanov Quranı yandırmaqda şübhəli bilinən Nikita Juravelin kiçik Kadırov tərəfindən Çeçenistandakı istintaq təcridxanasında döyülməsini də xatırladıb. “Bu şeytanı görəndə heç kim müqavimət göstərə bilmədi”, - o bildirib.

Sentyabr ayında Ramzan Kadırov oğlu Adamın Quranı yandırmaqda ittiham edilərək həbs edilən Nikita Juraveli döyməsinin videosunu nümayiş etdirib. O, oğlunu bütün müsəlmanların qəhrəmanı hesab etdiyini də bildirib. Daha sonra Kadırov Juravellə görüşüb və o, İslamı qəbul etmək niyyətində olduğunu açıqlayıb.

Kokovdan verilən mükafat son bir ayda kiçik Kadırovun Rusiyanın müxtəlif respublikalarının rəhbərlərindən aldığı beşinci mükafatdır. O, Çeçenistan Qəhrəmanı adını alı. Bundan əlavə, ona respublika qarşısında xidmətlərinə görə ordenini Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov təqdim edib. Sonra Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl-Hacı Berdiyev kiçik Kadırova 1-ci dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə” ordenini təqdim edib.

Oktyabrın sonunda Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Adəmi respublikanın ikinci mühüm dövlət mükafatı olan “Duslık” ordeni ilə təltif edib. Mükafatları təqdim edən rəsmilər Kadırovun vətənpərvərlik və liderlik keyfiyyətlərini qeyd edərək, onu cəsur insan və perspektivli döyüşçü adlandırıblar.

Akqabay