Bakıda avtobus mağazaya girdi - FOTO
    • 2-04-2019, 10:19
    • 2 642

Bakıda avtobus mağazaya girdi - FOTO

Bu gün səhər Bakıda avtobus mağazaya girib.

News24.az-ın məlumatına görə Xətai rayonunun Nəsrəddin Tusi küçəsində - Əhmədli qəsəbəsi ərazisində 62 saylı marşrutla hərəkət edən 90-TG-992 dövlət nömrə nişanlı “İsuzu Ecobus” markalı avtobus "Home Market" dükanına çırpılıb.

İdarəetmədən çıxan avtobus mağazanın pəncərələrini qıraraq içəri daxil olub. Sürücü yüngül xəsarət alıb.