HƏMAS girovları azad edir: şərtlərini AÇIQLADI
    • 9-11-2023, 11:35
    • 157

HƏMAS girovları azad edir: şərtlərini AÇIQLADI

Atəşkəs Qəzza zolağına humanitar yardımın çatdırılmasına imkan verəcək.

HƏMAS Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdıracaq humanitar atəşkəs müqabilində 15-ə qədər girovu azad etmək imkanını nəzərdən keçirir.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Mümkün razılaşmanın şərtlərinə görə, İsrail üç gün ərzində hücumları dayandıracaq, girovların çıxarılmasına və anklava humanitar yardımın çatdırılmasına imkan verəcək. Azad edilən girovların sayı isə hələ də müzakirə mövzusu olaraq qalır. 

Bildirilir ki, danışıqlar Qətərin vasitəçiliyi ilə aparılır və MKİ-nin direktoru Uilyam Börns də danışıqlarda iştirak edib .

Ayşən