NATO-dan reaksiya:
    • 9-11-2023, 12:27
    • 192

NATO-dan reaksiya: "Kiyevə dəstək davam etməlidir"

Slovakiya hökumətinin Ukraynaya hərbi yardım paketini əngəlləməsi fonunda Alyansın Kiyevə dəstəyi davam edəcək.

News24.az xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq Brüsseldə Macarıstan Prezidenti Katalin Novakla birgə mətbuat konfransında deyib.

“Şimali Atlantika Alyansı Ukraynaya yardım göstərmək üçün böyük iş görür. Kiyevə yardım davam etdiriləcək. Çünki bu, bütün blok üzvlərinin təhlükəsizlik maraqlarına cavab verir”, - Stoltenberq bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Slovakiya hökuməti Ukraynaya hərbi dəstək verməyəcəyini açıqlamışdı.

Ayşən