Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı Hadisə

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.(teleqraf)