DSX ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısını aldı
    • 2-04-2019, 11:23
    • 715

DSX ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısını aldı


4 nəfər saxlanıldı 

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticə­sində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb. Bu barədə News24.az-a DSX-dən məlumat verilib. 
Martın 22-də, saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olunub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldı­rılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb. 

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliy­yat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi his­sə­sində “Opel” markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şüb­həli şəxs qismində saxlanılıblar. 

Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Res­publikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulmuş, əraziyə baxış za­manı ümumi çə­kisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.