Əhaliyə XƏBƏRDARLIQ: Daşqınlar səbəbindən...
    • 9-11-2023, 23:39
    • 248

Əhaliyə XƏBƏRDARLIQ: Daşqınlar səbəbindən...

Fransanın şimalında yerləşən Pa-de-Kale departamentinin 200 kommunasında daşqınlar səbəbindən məktəblər bağlanacaq.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin "X" hesabında bildirib.

Milli Meteorologiya Xidməti departamentdə ən yüksək "qırmızı təhlükə" səviyyəsi elan edib.

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar əhalini maksimum ehtiyatlı olmağa və bütün təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Məktəblər noyabrın 12-də günün sonuna qədər bağlı qalacaq, bundan sonra hava şəraitindən asılı olaraq məhdudiyyət uzadıla bilər.