Bakubus avtobusu qəzaya düşdü, şüşələr yola dağıldı - FOTO
    • 2-04-2019, 12:11
    • 1 296

Bakubus avtobusu qəzaya düşdü, şüşələr yola dağıldı - FOTO

Bu dəqiqələrdə Yeni Yasamalda 2 marşrut avtobusu toqquşub.

News24.az-ın məlumatına görə Qismət şadlıq evinin qarşısında 39 saylı xəttin avtobusu ilə Bakubusun 7 saylı marşrutuna məxsus olan avtobuslar toqquşub. Bakubusun avtobusunun yan şüşələri sınaraq yola tökülüb. Xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə yerinə polis gəlib.