Köhnə sevgilisi müğənnini şantaj etdi -
    • 2-04-2019, 14:07
    • 1 061

Köhnə sevgilisi müğənnini şantaj etdi - "GƏBƏRDƏCƏM SƏNİ" - FOTO

Müğənni Tuğba Yurt keçmiş sevgilisi və meneceri Okan Genç tərəfindən ölümlə şantaj edilib.

News24.az
Türkiyə mediasına istinadən xəbər verir ki, yanvar ayında yollarını ayıdrdığı sevgilisi müğənninin xarici ölkələrin birində konsert verdiyini öyrənib. Ardından həmin ölkəyə gedən O. Genç Tuğbanın qaldığı otelə gələrək otağının qapısına bıçaq qoyub və "qapının önündə, alınmasa hava limanında, alınmasa təyyarədə, orda da alınmasa səhnədə gəbərdəcəm səni" mesajını buraxıb.

Aldığı şantajdan dolayı T. Yurt Okanı məhkəməyə verib.

Araşdırmalardan sonra məhkəmə O. Genç haqqında 6 ay 7 gün həbs cəzası qərarı verib. Daha sonra isə həbs cəzası pul cəzası ilə əvəzlənib. Məhkəmə O Gençin 6240 TL ödəməsi üçün hökm çıxardıb.