-
- 2-04-2019, 15:33
- 2 795
"168 saat" qəzeti yenidən nəşr olunur - FOTO
Bir vaxtlar ölkənin ən populyar və oxunaqlı qəzetlərindən sayılan "168 saat" qəzeti uzun fasilədən sonra yenidən nəşr edilməyə başlayıb.
News24.az xəbər verir ki, bu barədə qəzetin yaradıcılarından və baş redaktoru olan yazıçı-jurnalist Varis Yolçuyev bildirib. ""168 saat" yenidən qayıdıb, gözümüz aydın!" deyə, oxuculara müjdə verən Varis bəy, qəzetin yenidən geniş oxucu kütləsi qazanacağına əmin olduğunu deyib:
"Nə qədər vaxt keçsə də internet qəzetlərindən fərqli olaraq bütün dünyada kağız qəzetlərə hər zaman ehtiyac olub və olacaq. Qəzetimizi yenidən bərpa etməyimiz də bunun nəticəsidir. Kollektiv olaraq "168 saat" illər əvvəl olduğu kimi yenə də maraqlı yazıları, məqalələri ilə oxucu kütləsi yığacağına əminik. Bir sözlə, media meydanına iddialı şəkildə qayıtmışıq".
Qeyd edək ki, geniş oxucu kütləsi olan "168 saat" həftəlik ictimai qəzeti daha çox tələbələr arasında populyar idi. Qəzet sonuncu dəfə fəaliyyətini 2014-cü ildə dayandırmışdı.
Qəzet artıq bu gündən satışa çıxarılıb.
Azər NƏSİBOV