Tanınmış baş redaktor komaya düşüb - FOTO
    • 4-02-2019, 18:52
    • 1 398

Tanınmış baş redaktor komaya düşüb - FOTO

Jurnalist Natiq Qocaman komaya düşüb.

N. Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da özəl xəstəxanaya yerləşdirilib. 

News24.Az xəbər verir ki, baş redaktor bir neşə saat əvvəl əməliyyat olunub. 

Natiq Qocaman uzun müddət ölkənin ən populyar qəzetlərindən biri olan ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. Hazırda isə Mediapress İnformasiya Agentliyinin baş redaktorudur.

News24.Az