Əhaliyə XƏBƏRDARLIQ: Noyabrın 12-də...
    • 11-11-2023, 21:12
    • 282

Əhaliyə XƏBƏRDARLIQ: Noyabrın 12-də...

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

News24.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 12-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.