-
- 12-11-2023, 07:59
- 397
Bəy cehizə görə gəlini atdı - ŞOK OLAY
Hindistanın Uttar Pradeş ştatının Bareilli şəhərində keçirilən toyların birində qəribə hadisə yaşanıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, Şahbad Amir adlı bəy qayınatası cehiz olaraq soyuducu verməyib deyə gəlini tərk edib. Belə ki, o, gəlini toyda atıb və korteji ilə evə qayıdıb.
Bəyin qayınata ilə razılaşmasına görə, cehizin içində pencək, şalvar, motosiklet və soyuducu olmalı idi.
Ancaq kişi kasıblıq ucbatından verdiyi vədləri yerinə yetirə və bu əşyaları bəyə verə bilməyib. Eyni zamanda, gəlinin ailəsi toyun təşkilinə çox böyük məbləğdə pul xərcləyib.
Motosikletə baxmağa gedən bəyin atası lazımi əşyaların olmadığını görüb. Daha sonra o, gəlin tərəfdəki qonaqlarla dalaşmağa başlayıb. Üstəlik, bəylə gəlinin özləri də öz aralarında dava ediblər.
Daha sonra bəy, ailəsi və qohumları restoranı tərk ediblər. Hadisədən sonra gəlinin anası Zarina Begüm polisə gedərək bəyi şikayət edib.