Bəy vurma cədvəlini bilmədi, gəlin əsəbləşib toyu LƏĞV ETDİ
    • 6-05-2021, 18:34
    • 486

Bəy vurma cədvəlini bilmədi, gəlin əsəbləşib toyu LƏĞV ETDİ

Hindistanda gəlin bəyin vurma cədvəlini bilməməsinə görə toyu ləğv edib.

News24.az xəbər verir ki, hadisə Uttar Pradeş əyalətində baş verib. Baş tutmayan toya qonşu kəndlərdən qohum və tanışlar gəlib.

Gəlin son qərarını verib bəylə çələngləri dəyişmədən öncə qarşı tərəfdən "2" rəqəmi üçün vurma cədvəlini söyləməsini istəyib. Bəy isə cavab verə bilməyib.

Gələcək ərinin savadsızlığından qəzəblənən qız və riyaziyyatın əsaslarını bilməyən adamla evlənməyəcəyini deyərək solunu tərk edib.

Dostları və qohumları gəlini nikah mərasimini davam etdirməyə razı sala bilməyiblər.