Fransa Ermənistana HƏRBİ TEXNİKA GÖNDƏRİR / FOTO / VİDEO
    • 12-11-2023, 13:46
    • 452

Fransa Ermənistana HƏRBİ TEXNİKA GÖNDƏRİR / FOTO / VİDEO

Fransaya məxsus hərbi texnika Ermənistana daşınır. 

RTV xəbər verir ki, ötən gecədən başlayan proses Gürcüstan vasitəsilə həyata keçirilir. 

Ermənistana göndərilən hərbi sursat arasında “Acmat şirkətinə məxsus “Bastion” zirehli maşınlar və onların komplekt hissələri də var. 

Daşınma prosesi ARQUUS şirkətinin sifarişi əsasında icra olunur. 

Bu arada, Gürcüstan tərəfi daha əvvəl bir neçə dəfə bu cür tranzit daşımaların həyata keçirilməsindən imtina edib. 

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq caliber.az saytı yayıb. 

Fərid Azəri