-
- Bu gün, 15:20
- 59
Gələn il neft bazarında bolluq qiymətləri salacaq
Nüfuzlu analitik mərkəz olan "Goldman Sachs"ın analitikləri 2025-ci ildə "Brent" markalı neftin orta qiymətinin 76 dollar olacağını proqnozlaşdırır.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, analitiklərin fikrincə, bazar gələn il qlobal miqyasda neftin mülayim bolluğuna əmin olaraq qalır.
Hədəf qiyməti 76 dollar ABŞ və Çin tərəfindən strateji neft ehtiyatlarının müəyyən qədər artırılmasını nəzərdə tutur ki, bu da ehtimal olunan profisiti qismən kompensasiya etməyə kömək edəcək.
"Goldman" 2025-ci ildə dünya neft bazarına təklifin Amerika qitəsindəki güclü təklif artımı ilə tələbi gündə 400 000 barel üstələyəcəyini gözləyir. ABŞ-da tədarükün artımı sutkada 640 min barel, Kanadada 220 min barel, Braziliyada 130 min barel, Qayanada isə 80 min barel səviyyəsində qiymətləndirilir.
Ekspertlər birinci rübdə "Brent" neftinin orta qiymətini 75 dollar, ikincidə 77 dollar, üçüncüdə 76 dollar, dördüncü rübdə isə 74 dollar səviyyəsində gözləyirlər. WTI markalı neftin "Brent"dən 4 dollar aşağı ticarət ediləcəyi gözlənilir.
Analitiklər 2026-cı ildə artıq tədarük həcmini orta hesabla sutkada 1,3 milyon barel səviyyəsində proqnozlaşdırırlar.
2026-cı il üçün "Brent" neftinin qiymətinin proqnozu neftin qlobal bazarda gündəlik 900 min barel profisiti ilə 71 dollar proqnozlaşdırılır.
"Goldman" ekspertləri hesab edirlər ki, inkişaf etməkdə olan iqtisadiyyatların böyüməsi sayəsində neftə tələbat "daha bir onillikdə" də artmağa davam edəcək. Onlar hesab edirlər ki, hava nəqliyyatı və neft-kimya məhsullarının karbondan təmizlənməsi növbəti 10 il ərzində problem olaraq qalacaq.