XİN: "Bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir"
    • 2-04-2019, 17:26
    • 486

XİN: "Bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir"

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən, işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.

Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir:
"Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir".