-
- 2-04-2019, 17:31
- 964
Kəlbəcər rayonunun işğal gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın ən qədim insan məskənlərindən biri sayılan Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal olunub.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 aprel 2019-cu il tarixdə Kəlbəcər rayonunun işğalının iyirmi altı illiyinə həsr olunmuş “İşğala məruz Kəlbəcər” adlı söhbət-mühazirə təşkil olundu.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, “Azərbaycanın qüruru Kəlbəcər” adlı mühazirəni kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva, “Azərbaycanın Kəlbəcər həsrəti” adlı mühazirəni kitabxanaçı Şəbnəm Hüseynzadə oxudu.
Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də mövzu ətrafında çıxışlar etdilər.
Məruzə və çıxışlarda Kəlbəcər rayonunun toponimi, coğrafiyası, əhalisi, tarixi abidələri, xüsusilə də milli qəhrəmanları Şahlar Şükürov, Sərdar Səfərov, Yunis Nəcəfov haqqında geniş məlumatlar verildi.
Söhbət-mühazirədən sonra “Kəlbəcərsiz 26 il” adlı kitab sərgisinə baxış keçirildi.