Mehdi Hüseynin anadan olmasının 110 illliyinə həsr olunan tədbir keçirilib - FOTO
    • 2-04-2019, 17:24
    • 1 291

Mehdi Hüseynin anadan olmasının 110 illliyinə həsr olunan tədbir keçirilib - FOTO

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Hüseynin anadan olmasının 110 illiyi münasibəti ilə tədbirlər planı hazırlayıb.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən mılumata görə, tədbirlər planına əsasən kitabxananın əməkdaşları 28 mart 2019-cu il tarixində görkəmli yazıçı-dramaturqun Fəxri Xiyabandakı məzarını ziyarət edib gül dəstələri qoydular.

Kitabxanada  təşkil olunan “Mehdi Hüseyn dramaturgiyası” adlı kitab sərgisinə 29 mart 2019-cu il tarixində  baxış keçirildi.

1 aprel 2019-cu il tarixdə “Mehdi Hüseyn irsinin zənginliyi” mövzusunda söhbət- mühazirə təşkil olundu. “Azərbaycan ədəbiyyatında dərin iz qoyan yazıçı-dramaturq” adlı mühazirəni kitabxananın əməkdaşı İradə Kərimova oxudu.

Söhbət-mühazirədə Mehdi Hüseyn yaradıcılığı geniş şəkildə açıqlandı. Bakı Dövlət Universitetinin  tələbələri də mövzu ətrafında çıxışlar etdilər.