“Beşiktaş”dan YENİLİK
    • 13-11-2023, 21:10
    • 145

“Beşiktaş”dan YENİLİK

“Beşiktaş” klubunun rəhbərliyi azarkeşlərin könlünü almaq üçün yeni addım atıb.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, “ağ-qaralar”ın Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfini həsr olunan qartal heykəlinin açılışını təşkil edib.

Mərasimində klub prezidenti Ahmet Nur Çebi ilə yanaşı, yeni baş məşqçi Rza Çalımbay da iştirak edib. Beşiktaş məhəlləsində ucaldılan heykəl futbolsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu mövsüm uğursuz çıxış edən, iki dəfə baş məşqçi dəyişən İstanbul klubunda idarə heyəti növbədənkənar seçkilər keçirilməsinə qərar verib. Seçkinin bu ayın sonunda baş tutacağı açıqlanıb.