"Deyəndə ki, gedin soğan əkin, məni qınayırdılar" - Aqil Abbas
    • 2-04-2019, 20:31
    • 1 434

"Deyəndə ki, gedin soğan əkin, məni qınayırdılar" - Aqil Abbas

"Vaxtilə mən deyəndə ki, "gedin soğan əkin", çox adam məni təqhir edirdi. O vaxtı mən demişdim ki, kim nə istəyirsə, əksin, becərsin. Lap gedib soğan əksinlər və sair. Sonra bu fikirlərimi konteksdən çıxarıb "gedin soğan əkin" deyə yazdılar. İndi soğanın kilosu 2 manatdır".

News24.az
xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Deputat deyib ki, soğan çox bərəkətli nemətdir:
"Söhbət heç də bu gün soğanın qiymətinin baha olmasından getmir. Soğan strateji məhsuldur. İnsanlar müharibələrdən soğanla çıxıblar. Soğan-çörək yeyib müharibədən çıxan insanlar var. Onlar soğana görə ac qalmayıblar. Yəni, soğan, kartof, çörək ən vacib məhsullardır".

A.Abbas qeyd edib ki, indi Azərbaycanda soğan Türkiyəyə görə bahadır:
"Kəndli əkdiyi məhsulunu baha qiymətə Türkiyəyə satır. Heç kəs də onlara qadağa qoya bilməz. Məhsul kəndlinindir, o da istəyir, Türkiyəyə aparıb satır".