-
- 17-09-2018, 14:00
- 2 450
Kartof və soğan 15 günlük evliliyə son qoydu
Kartof və soğan 15 günlük evliliyi bitirdi. İstanbulda yeni evli olan cütlüyün xoşbəxtliyi 15 gün davam edib.
News24.az xəbər verir ki, toydan 15 gün sonra gəlinin ailəsi, qızlarını görmək üçün onlara qonaq gəliblər. Təsərrüfatla məşğul olan atanın kartof, soğan gətirməsi mübahisəyə səbəb olub.
Belə ki, bəyin atası “Bizə bu vaxta qədər sizmi baxmısınız? “- deyərək, gətirilən soğanı, kartofu zibilliyə atıb. Söz-söhbətin bitməsini gözləyən gəlin, bir neçə gün ata evində qaldıqdan sonra evinə dönür. Bu zaman qapının kilidinin dəyişdirildiyini görür. Bəyin bacıları çölə çıxıb, ” bu iş qutardı, çıx get evinizə” deyib.
15 gün davam edən evlilik beləcə sonlanıb.
Şəlalə Ağayeva