Prezidentə məktub yazan qızın ailəsinə ev verildi
    • 2-04-2019, 20:46
    • 1 072

Prezidentə məktub yazan qızın ailəsinə ev verildi

Rusiya prezidenti Vladimir Putinə şikayət məktubu yazdıqdan sonra bir müddət "qara gün" görən 12 yaşlı Tasya Perçikovanın ailəsinin nəhayət üzü gülüb.

News24.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, Pskov vilayətinin Tomsino kəndində ağır vəziyyətdə yaşayan qızın ailəsi evlə təmin olunub. Yeni ev Pskov vilayətinin cənubunda yerləşir.

Yeni evin yanında kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə də var. Bundan başqa, Tasyanın anası evə yaxın yerdə işlə təmin olacaq. Tasya özü isə yaxınlıqdakı məktəbdə təhsilini davam etdirə biləcək.

Xatırladaq ki, Tasya Perçikova Rusiya prezidenti V. Putinə yazdığı məktubda ailə vəziyyətlərinin ağır olduğunu qeyd etmiş və anasına əkin işi ilə məşğul olması üçün traktor istəmişdi. Əvəzində isə Tomsino kənd sakinləri onlara nifrət yağdıraraq, dələduz adlandırıb, kənddə günlərini qara etmişdilər.