Bakıda minə yaxın qəzalı bina var - Deputat
    • 14-11-2023, 12:14
    • 127

Bakıda minə yaxın qəzalı bina var - Deputat

Təkcə Bakı şəhərində minə yaxın qəzalı bina var.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, buna baxmayaraq sahibkarlar Bakı şəhərində bina tikmək üçün boş ərazi tapmır və nəticədə xaricə üz tutur. 

"Bakıda illərdir boş qalan ərazilər var. Alınıb və hələ də tikinti aparılmır. Nəticədə həmin şəxslər qiymətin aşağı enməsinə imkan vermirlər", - deyə deputat qeyd edib.

Qumral