Repetitorluğa son qoyulmalıdır - Deputatdan TƏKLİF
    • 14-11-2023, 12:18
    • 293

Repetitorluğa son qoyulmalıdır - Deputatdan TƏKLİF

İmkansız ailələrin övladlarına təhsil pulsuz olmalıdır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, repetitorluğa son qoyulmalıdır.

"Orta təhsil pulsuz olmalı, repetitorluğa son qoyulmalıdır. Tələbə təhsil krediti faizsiz və hər kəs üçün əlçatan olmalıdır. Bir çox kolleclər də özəlləşdirilməlidir", - deyə deputat əlavə edib.

Qumral