-
- 14-11-2023, 12:41
- 192
Google yenidən cərimələndi
Google Rusiya qanunlarına əməl etmədiyinə görə yenidən 15 milyon rubl cərimələnib.
News24.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya Moskvanın Taqanski Rayon Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
"Google MMC Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinib və 15 milyon rubl məbləğində inzibati cəriməyə məhkum edilib", - məlumatda deyilir.
Bu, məhkəmənin bu maddə ilə Google-a tətbiq etdiyi üçüncü cərimədir. 2021-ci ilin avqustunda şirkət 3 milyon rubl, 2022-ci ilin iyununda isə 15 milyon rubl cərimələnib. Bununla belə, Google , 2021-ci il iyulun 1-dək xarici xidmətlərdən rus istifadəçilərinin məlumat bazalarını lokallaşdırmasını tələb edən Roskomnadzorun tələblərinə məhəl qoymamağa davam edib.
Google, lokallaşdırma qanunlarına əməl etmədiyinə görə sanksiyalarla üzləşən yeganə şirkət deyil. Bundan əvvəl Rusiyada bu qanunu pozduğuna görə Facebook (Meta şirkətinin sahibi Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib), Twitter, Telegram, WhatsApp və digər məşhur platformalar cərimələnib.
Aynurə