Şagirdlərin 50 faizi 0-50 bal toplayıb - Deputat
    • 14-11-2023, 12:49
    • 148

Şagirdlərin 50 faizi 0-50 bal toplayıb - Deputat

Bütün qruplar üzrə şagirdlərin 50 faizi 0-50 bal toplayıb. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili  Etibar Əliyev deyib.

O bildirib ki, şagirdlərin dərsə davamlılığı da ürəkaçan deyil:

"Şagirdlərin dərsə davamlılığı 40 faizdir. Keçirilən monitorinqlərin, sertifikasiya imtahanlarının nəticəsi budurmu? Rayonlarda təhsilin əhatəliliyi ilə bağlı göstəricilər niyə açıqlanmır? Yoxsa ayrılan pul ancaq Bakıya aiddir?". 

Millət vəkili əlavə edib ki, bağçalar üçün qidaya ayrılan vəsait 20 faiz azaldılıb.

Qumral