-
- 14-11-2023, 12:51
- 14 848
2024-cü ildə orta aylıq ƏMƏK HAQQI VƏ PENSİYA nə qədər olacaq?
2024-cü ilin dövlət büdcəsində orta aylıq əməkhaqqı 980 manat, orta aylıq pensiya 483 manat nəzərdə tutulur.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, əhalinin əksəriyyətinin həm aylıq əməkhaqqı, həm də pensiyaları bu məbləğdən çox aşağıdır:
"Ona görə də hökumətin antiinflasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha da təsirli və nəticəli tədbirlər görülməsini vacib hesab edirik. Operativ sürətdə tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azalmaq, qiymət manipulyasiyaları və süni qiymət artımına yol verilməsinin qarşısının alınması mümkün olsun", deyə deputat fikirlərini yekunlaşdırıb.
Qumral