Putin Ərdoğana zarafat etdi: "Məni niyə restorana aparmırsınız?"
    • 28-07-2018, 11:44
    • 810

Putin Ərdoğana zarafat etdi: "Məni niyə restorana aparmırsınız?"

Dünən Şimali Afrikada Braziliya, Rusiya, Hindistan, Çin, Şimali Afrika dövlətlərinin zirvə görüşü keşirilib (BRİCS).

News24.az-ın məlumatına görə, zirvə görüşündə Putin və Ərdoğan arasında maraqlı söhbət diqqət çəkib.

 Putin kameralar önündə Ərdoğandan "məni restorana dəvət edəcəkdiniz, etmədiniz?"- deyə soruşub.

Ərdoğan da  cavab olaraq, "Dəvət etdim, zaman ayırmağınızı gözləyirəm" deyib.

Rusiya prezidenti  vurğulayıb ki, bu görüş  müəyyən şərtlə keçirilməliydi: "Biz belə şərt kəsdik ki, bu restoranda Rusiyadan gətirilən ətdən istifadə ediləcək. Siz Rusiyadan ət məhsulları almağa söz vermişdiniz" deyib.

Ərdoğan da ölkəsinə döndükdən sonra bu məsələni dərhal həll edəcəyinə söz verib.