Universitetin tikintisində insan qalıqları TAPILDI
    • 16-04-2025, 00:18
    • 753

Universitetin tikintisində insan qalıqları TAPILDI

Vasilyevski adasındakı Sankt-Peterburq Universitetinin (SPbSU) tikintisində insan qalıqları tapılıb. 

News24.az xəbər verir ki, bu barədə “Operativnoye Prikrıtie” xəbər agentliyi məlumat yayıb.

Rusiya nəşrinin məlumatına görə, aprelin 14-də Universitetskaya sahilində universitetin ərazisindən bir neçə sümük çıxarılıb. Agentlik iddia edir ki, qalıqlar təxminən bir həftə komendantda qalıb.

Tikintidə olan mühafizəçilər onlardan bu yaxınlarda xəbər tutdular. Sümüklər xüsusi müayinəyə göndərilib.

Bundan əvvəl məlum olub ki, Moskvanın cənub-qərbində, Yujnoye Butovo ərazisində yerləşən kollektorda insan qalıqları aşkar edilib .