Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
    • 3-04-2019, 11:27
    • 2 230

Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

News24.az
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq. Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

On birinci Avropa çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.