"Göndərilən yardımı məmurlar mənimsəyir" - Zaxarova
    • 15-11-2023, 18:46
    • 304

"Göndərilən yardımı məmurlar mənimsəyir" - Zaxarova

“Qərbin maliyyə yardımının 20-36 %-i Ukrayna rəsmiləri tərəfindən mənimsənilib”.

News24.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu işə Ukrayna Müdafiə Nazirliyinin keçmiş məmurları cəlb olunub.Bəlkə onlar özlərini Rusiyadan, Kremldən deyil, özlərindən və Qərb kuratorlarının onlara gətirdiyi başlarındakı xaosdan qorumalıdırlar?” – deyə Mariya Zaxarova bildirib.