"Rusiya olmadan mənası yoxdur" - ZAXAROVA
    • 7-08-2023, 15:11
    • 263

"Rusiya olmadan mənası yoxdur" - ZAXAROVA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya tərəfinin iştirakı olmadan Ukrayna böhranı ilə bağlı keçirilən görüşlərin “zərrə qədər əlavə dəyəri” yoxdur. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb. 

 “Rusiyanın iştirakı olmadan və onun maraqlarını nəzərə almadan Ukrayna böhranı ilə bağlı heç bir görüşün zərrə qədər əlavə dəyəri yoxdur”, - o qeyd edib.

Zaxarova həmçinin vurğulayıb ki, Rusiya böhranın diplomatik yolla həllinə hazırdır.

Qeyd edək ki,  əvvəl “The New York Times” yazıb ki,Ukrayna prezidenti Vladimir Zelenski bilir ki, Qərb dövlətləri ona təzyiq göstərəcək və onu Rusiya ilə danışıqlara məcbur edəcək.

Arzu