Ölkəmizdə orqanların köçürülməsi haqda yeni qanun lahiyəsi hazırlanıb
    • 3-04-2019, 12:23
    • 1 094

Ölkəmizdə orqanların köçürülməsi haqda yeni qanun lahiyəsi hazırlanıb

2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib.

News24.az
xəbər verir ki, bunu Azərbaycanın baş nefroloqu Fariz Babayev Türkiyədə keçirilən Dünya Transplanologiya Cəmiyyətinin ( TTS) birinci regional tədbirində deyib. Fariz Babayev qeyd edib ki, son 15 ildə ölkəmizdə “Xroniki Böyrək Çatışmazlığı” haqqında Dövlət proqramı qəbul edildikdən sonra Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzləri yaradılıb:
“3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub. 2008-ci ildən başlayaraq orqan transplantasiyası sahəsində də bir sıra uğurlar əldə olunub. Hazırda ölkəmizdə 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır. Ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlətin nəzarətinin daha da artırılıb. Xəstələrin dərman təminatı ilə yanaşı hər il yeni dializ mərkəzləri yaradılır. Ölkəmizdə orqanların köçürülməsi haqda yeni qanun lahiyəsi hazırlanıb. Demək olar ki, artıq başa çatdırılmaq üzrədir”.