“Qarabağ” Xankəndidə BU TARİXDƏ OYNAYACAQ - VİDEO
    • 15-11-2023, 20:45
    • 741

“Qarabağ” Xankəndidə BU TARİXDƏ OYNAYACAQ - VİDEO

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

News24.az xəbər verir, Sfera.az-ın əldə etdiyi məlumata görə, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

"Qarabağ" II təsnifat mərhələsinin MOİK - Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.