“Qarabağ”ın Çempionlar Liqasında rəqibi BƏLLİ OLDU
    • 18-07-2022, 14:52
    • 438

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi BƏLLİ OLDU

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, liqada Ağdamın “Qarabağ” klubunun potensial rəqibi də müəyyənləşib.

Belə ki, Çempionlar Liqasının II raundunda “Sürix”lə qarşılaşacaq “Qarabağ” İsveçrə klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.