-
- 15-11-2023, 22:41
- 377
ABŞ-dən Qarabağdakı sülhməramlılarla bağlı TƏKLİF
ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıdır.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində Rusiyanın post-sovet ölkələri vasitəsilə sanksiyalardan yayınmasına dair suala cavabında bildirib.
“Biz Ermənistanın özünü idarə etməsi və Rusiya sülhməramlılarının beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıyıq. Biz bunu yalnız ortaya çıxan sülh razılaşması üzərində dərindən məşğul olduğumuz zaman edə bilərik. Biz kənarda qalsaq Rusiya sərhədə nəzarət etməyə davam edəcək”, - Obrayn deyib.