Yaponilardan müsəlmanlara JEST- səyyar məscid hazırladılar- FOTO- VİDEO
    • 28-07-2018, 12:01
    • 783

Yaponilardan müsəlmanlara JEST- səyyar məscid hazırladılar- FOTO- VİDEO

2020-ci ildə Yay Olimpiya Oyunlarına hazırlaşan Yaponiya ölkəyə gələcək müsəlmanlar üçün səyyar məscidlər hazırlamağa başlayıb. 

News24.az-ın məlumatına görəilk səyyar məscid Toyota şəhərində nümayiş etdirilib. Təşkilatçılar səyyar məscidlərin idman meydanları və olimpiya şəhərciklərində dayanacağını bildirib. 

Yük avtomobilləri üzərində quraşdırılan səyyar məscidlərin hər biri 900 min dollara başa gəlib. Məsciddə eyni zamanda 50 nəfər namaz qıla bilər. Layihənin rəhbəri  Yasuharu İnoue "Yapon qonaqpərvərliyini müsəlmanlarla paylaşmaq istədik" -deyə bildirib.

İlhamə