Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı qərar

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı qərar Sosial

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bu müddət oktyabrın 1-nə kimi uzadılıb.

Xatırladaq ki, əvvəl bu müddət iyulun 1-nə kimi nəzərdə tutulmuşdu.