Quba sakinləri sənədsiz silahlarını polisə təhvil verdilər - VİDEO
    • 16-11-2023, 13:48
    • 157

Quba sakinləri sənədsiz silahlarını polisə təhvil verdilər - VİDEO

Qubada sakinlər könüllü olaraq sənədsiz silahlarını polisə təqdim ediblər. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd kalaşnikov markalı “AK-74”avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.