Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2.8 milyon AZN ayrılıb - SƏRƏNCAM
    • 3-04-2019, 14:09
    • 1 141

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2.8 milyon AZN ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.